Menu
Geri İrəli

Aktyorluq sənəti – adı ulu, özü quru

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Mart 2014 • Baxış sayı: 559 dəfə • Şərh yoxdur

6922

Bu gün Azərbaycanda Milli teatr günüdür. Milli teatrın tarixi düz 141 il əvvəl səhnələşdirilmiş ilk tamaşadan başlayır. 1873-cü ilin martında Mirzə Fətəli Axundovun “Lənkəran xanının Vəziri” və “Hacı Qara” əsərləri səhnələşdirilmişdi. Bununla professional milli teatrımızın, başqa sözlə, akademik milli dram teatrının bünövrəsi qoyuldu. Bu gün regionlar da daxil olmaqla ümumilikdə Azərbaycanda otuza yaxın teatr fəaliyyət göstərir. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının yetirmələri də az olmayıb, Həsən Məmmədov, Həsən Turabov, Ağasadıq Gəraybəyli və başqaları.

Xüsusi müxbirimiz Ləman Ələşrəfqızı Azərbaycan teatrının bu günkü mənzərəsini göstərməyə çalışacaq.

O səhnədə parlayanda mən orta məktəbdə oxuyurdum. hamımız ona həsəd aparırdıq. Xüsusilə gözəlliyinə və istedadına . Amma bu gün mən Firəngiz Mütəllimovaya həsəd apramıram. O, Monika Belluçi ola bilmədi. Bir evin xanımı, oğul-uşaq sahibi isə ola bilərdi. Firəngiz xanımsa bu xoşbəxtlikdən məhrumdur. Amma o, bu taleni bir də dünyaya gəlsəydim, yenə də yaşayardım deyir.

Xalq artisti Firəngiz Mütəllimova deyir ki, onun aqibətini bu gün Azərbaycanın demək olar ki, bütün aktoyrları yaşayır.

“Düzdür, müəyyən istisnalar var. Varlı yaşayan, prezident təqaüdü hesabına yaşayışını qismən yüngülləşdirən aktyorlarımız da olmamış deyil. Amma əksəriyyət çətin durumdadır və bu da deməyə əsas verir ki, Azərbaycanlda aktoyrluq bu gün ən çətin peşədir. Təkcə, rola girmək, kiminsə obrazını canlandırmaq, bütün bir ssenarini əzbərləmək və yadda saxlamaq baxımından yox, həm də adı ulu, özü quru olmaq baxımından çətindir. Bəli, məşhurluq həmişə varlı yaşayışı diqtə edir. Bu mənada bizim tanınmışlar Hollivudun demirəm, heç qonşu Türkiyənin də aktyorları ilə müqayisəyə gəlmir. Onların bir filmdən qazandıqlarını bizimkilər bəlkə bir ömür boyu qazana bilmirlər”.

Əməkdar artist Kubra Əliyeva bildirir ki, maaş çox azdır, aktyorlarımızın, aktrisalarımızın maaşı dilənçi maaşıdır.
“Olmaz elə. Nə qədər alırlar. 320 manat. 320 manat azdır aktyor üçün, Bunun bir uşağı varsa, bu işığı yandırmalıdır ki, uşağı dərsini hazırlasın. Qazı yandırmalıdırmı, xörək bişirməlidirmi, hər şey kartladır. Çox acınacaqlıdır”.

Bu gün məvacibin azlığı aktyorları, sözün əsl mənasında tamada edib və hər bir kişi aktyor surxayzadədir.

Xalq artisti Ramiz Novruz qeyd edir ki, təbii, o da asan deyil, toya getmək, toy aparmaq.

“Bunlar təsadüfi qazanclar sayılır. Bunun üçün can qoymalıydın, hörmətdən düşürdün. Amma doğrudan deyirəm, prezidentin təqaüdçüləri, aktyorlara bir az nəfəs geriliyi verdi. Qastrolda oturub gözləmək ki, polis rəisi nə vaxt qastrol verəcək. belə şeylər yoxdur indi”.

Ramiz Novruzun gülə-gülə dediyi şeylər bu günün acı reallığıdır. Aktyor polis rəisinin yemək hesabı verəcəyini gözləyirsə, o sənət haqqında düşünə bilməz. Teatrın asılqandan başlandığını deyirlər. Amma gərək bu asılqanda aktyor özünü asmaq istəməsin.

Kollektivimiz adından Azərbaycan teatrında əməyi keçən hər kəsə təşəkkür edirik.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın