Menu
Geri İrəli

“Allah lənət eləsin” – Sumqayıtlı aktrisa telekanalı ittiham edir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur
“Bakıfilm” studiosu tərəfindən çəkilən “Fatimə” serialında rol alan   Sumqayıt Dövlət Dram Teatrının aktrisası Xatirə Süleymanova “Facebook” sosial şəbəkəsində “ANS mənim haqqımı yedi.Allah lənət eləsin mənim haqqımı yeyənə” deyə yazdığı  statusuyla od püskürüb.Publika. Az-a açıqlamasında aktrisa bildirib ki, 4 aydır seriala çəkilir amma indi onun pulunu vermirlər, üstəlik, məhkəmə qərarı göndəriblər: “May ayının 15- də “Bakı film” lə “Fatimə” serialı üçün müqavilə bağladım. Film avqustun 15- də efirdə yayımlanmalı idi.  Avqustun 15- nə kimi bir qara qəpik də almadım. Bütün yayımı onlara həsr etdim.  Mən filmə çəkiləndə mənə deyilmədi ki, film bitəndən sonra veriləcək pulun. Elə bir söhbət olmadı. İndi haqqımı tələb edirəm “Bakı Film”in direktoru Vaqif Əsədullayev deyir ki,  ANS-in borcu var. Mənim ANS-ə borcum vardı, ya ANS-si borca mən salmışdım ki, mənim başıma bu oyunu açırlar. Mən evdə iki yetim saxlayıram.  Gördüm pulumu verimirlər son 20 dəqiqəlik çəkilişə getmədim. Dedim pulumu verin, sonra gəlim çəkilim. İndi də mənim gözümə bunu soxur ki, sən son çəkilişə gəlməmisən, pulunun 80 faizi tutulacaq. Dörd ay çəkildim  pulumu vermədilər.  Hər ay verəcəyik deyib aldatdılar məni. İndi də mənə məhkəmə qərarı göndəriblər”.

İttihamlarla bağlı qarşı tərəfin fikrini öyrənmək üçün  “Bakıfilm” studiosunun direktoru Vaqif Əsədullayevlə məsələ ilə bağlı bir neçə dəfə  əlaqə saxlamağa çalışsaq da, suallarımız cavabsız qaldı.

Günel

Facebook Şərhləndirmə:

Şərhinizi yazın