Menu
Geri İrəli

Aygün Kazımovanın bu fotosu qəzəblə qarşılandı (FOTO)

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 564 dəfə • 1 şərh

Xalq artistinin paylaşdığı makiyajsız fotosu birmənalı qarşılanmayıb.

Azərbaycan estradasının ulduzu Aygün Kazımova pərəstişkarlarını məyus edib.

ANS PRESS-in məlumatına görə, xalq artistinin sosial şəbəkədə paylaşdığı makiyajsız fotosu birmənalı qarşılanmayıb.

Sözügedən şəkilin altına gözəl sözlər yazanlarla bərabər tənqid edənlər də olub. Hətta “layner çək” yazaraq məsləhət verənlər, “dəhşət” yazaraq pisləyənlər də olub. İzləyicilərdən biri isə Aygün Kazımovanı Maykl Ceksona bənzədib.

Başındakı aksesuarı nümayiş etdirmək fikri ilə “Eksklüziv aksesuar” yazaraq şəkil paylaşan Aygün Kazımova gözlənilməz reaksiya ilə qarşılaşıb. Maraqlıdır ki, heç kim onun bu aksesuarına məhəl qoymayıb.

Fotonu görən pərəstişkarlar isə kumirlərindən bir daha makiyajsız şəkil paylaşmamağı xahiş ediblər. Fanatlardan biri belə yazıb: “Aygün xanım, inciməyin, sonuncu əməliyyatlardan sonra siz artıq özünüzə oxşamırsız. Sizin xüsusi şarmınız vardı, lakin indi bunu deyə bilmərəm”.


Aygün Kazımova – xalq artisti

Xalq artisti dünən paylaşdığı fotosu ilə deyəsən pərəstişkarlarını ovundurmaq istəyib. “Makiyajım necə alınıb?” yazaraq hər kəsdən soruşub.

Facebook Şərhləndirmə:

“Aygün Kazımovanın bu fotosu qəzəblə qarşılandı (FOTO)” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Deməli, makiyajsız – təbii olaraq heç bir gözəlliyi-zadı yoxdur. Makiyajla da heç göz oxçayan deyil. Niyə süni olaraq onun ətrafında ajiotaj qaldırırsınız, cənab sayt və qəzet işçiləri və rəhbərləri? Süni olaraq dodaqları şişirtməklə gözəl olmaq mümkün deyil. Əksinə, bu cür o, daha çox ikrah hissi doğurur….

Şərhinizi yazın