Menu
Geri İrəli

Aygün Səmədzadənin sənət gecəsi keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

237423

Əməkdar incəsənət xadimi bəstəkar Aygün Səmədzadənin “Biri varmış biri yoxmuş” adlı sənət gecəsi keçiriləcək.

Dekabrın 1-i Heydər Əliyev sarayında baş tutacaq konsertdə respublikanın bir çox tanınmış musiqi xadimləri iştirak edəcək. Sənət gecəsində bəstəkarın populyar mahnılarıyla yanaşı, bir sıra simfonik əsərlərinin və xoreoqrafik nömrələrin olacağı gözlənilir.

Konsertdə iştirak edəcək aparıcı kollektiv xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına dövlət kamera orkestridir.

Qeyd edək ki, konsert fərqli və maraqlı səhnə tərtibatı, ssenarisi ilə diqqət çəkəcək.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın