Menu
Geri İrəli

“Azay qayıdacaq, buna inanıram…” – İtkin neftçinin həyat yoldaşı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2016 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

aaaaq

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İtkin düşən neftçi Güloglan Zülfüqarovun oğlu Elçin Zülfüqarovun AzVision.az-a verdiyi məlumata görə, atası hadisədən əvvəl onlara zəng edib.

“Dünən axşam saatlarında atam evə zəng etmişdi. Dedi ki, növbəni təhvil verib. Səsini yaxşı eşidə bilmirdik. Hiss olunurdu ki, güclü külək əsir, atam çətinliklə danışdı”.

İtkin düşən neftçinin qardaşı Azay Zülfüqarov da ötən gün həyat yoldaşı ilə əlaqə saxlayıb. Neftçinin xanımı Çimnaz Zülfüqarova bildirib ki, o, həyat yoldaşının sağ qayıdacağına inanır.

“Axşam saat 8-də Azaydan zəng gəldi. Uşaqlara görə çox narahat idi. Dedi ki, uşaqlara yaxşı bax. Onlar xəstələndiyi üçün Azayın keyfi yox idi. Uşaqlardan birinin 2, digərinin 3 yaşı var. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Azay öz ailəsinin, uşaqlarının yanına qayıdacaq. Buna inanıram”.

Qeyd edək ki, Zülfüqarov Azay və Zülfüqarov Güloglan qardaşdılar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın