Menu
Geri İrəli

Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur
118915Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər Poeziya evində Estoniyada yaşayıb yaradan tanınmış Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib.
Tədbirdə şairin yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilib, video-çarx nümayiş olunub, şeirləri dinlənilib, Aşıq Cahangirin və   Elməddin Məmmədlinin ifasında saz havaları səslənib.
Daha sonra  ədəbiyyatşünas- alim, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, ustad şair Əlisəmid Kür, tanınmış teleaparıcı, şairə Çiçək Mahmudqızı, qocaman jurnalist Həmzəli İlyaslı, şairlər Nurafiz Hüseynli, Fərqanə Mehdi, Yağmur Xəzan  və digərləri çıxış edib, Xaqani Qayıblı yaradıdıcılığının səciyyəvi xüsusiyyətləri, xalq ədəbiyyatı, aşıq-ozan sənəti baxımından dəyərindən bəhs edərək uğurlar arzulayıblar.
Görüşün sonunda Xaqani Qayıblı tədbir iştirakçılarına təşəkkürünü bildirərək yeni şeirlərini təqdim edib.
Qeyd edək ki, Xaqanı Qayıblı Avropada məşhur olan Tartu universitetinin əməkdaşı, Estoniya prezidentinin türk dilləri üzrə tərcüməçisidir. Uzun illərdir Estoniyada Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində əhəmiyyətli fəaliyyət göstərib, sanballı elmi tədqiqatlar aparıb. Bir sıra nüfuzlu elmi cəmiyyətlərin və yaradıcı qurumların  üzvü olan X. Qayıblı Azərbaycanın görkəmli qələm adamlarının əsərlərini eston dilinə tərcümə edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan X. Qayıblının ana dilimizdə 3 şeir kitabı işıq üzü görüb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın