Menu
Geri İrəli

Azərbaycan tarixi oyun kartında

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

974280_643092042407288_663358973_n

Azərbaycanın tarixi şəxsiyyətlərinin dünyada tanıdılması istiqamətində maraqlı layihəhə start verilib.

AzVision.az xəbər verir ki, “History of Azerbaijan Playing Cards” başlığı ilə çap olunacaq kartları Ameriakda təhsil alan azərbaycanlı tələbə Orxan Əhmədli hazırlayıb. Orxan Əhmədli bidlirib ki, kartlar əvvəlcə ABŞ-da çap olunub satışa çıxarılacaq, daha sonra Azərbaycana da gələcək:

“Dünyanın müxtəlif ölkələrinin tarixini özündə səciyyələndirən kartları bu yaxınlarda oynamağa başladıq. Oyun vaxtı qərara gəldim ki, bizimdə tarixə aid kartlar hazırlasaq, maraqlı həm də faydalı olar. Bu, həm də tarixi çatdırmağın əyləncəli variantıdır. Kartları kompüterimdə işləmişəm, indi tam hazırdır və daha çox insanın anlaması üçün ingiliscədir. İndi çap etmək üçün yaxşı nəşriyyat axtarıram”.

Qeyd edək ki, Orxan Əhmədli 2012-ci ildən Boston şəhərində yerləşən Masaçusets Universitetində İqtisadi və Sosial İnkişaf üzrə magistr təhsili alır. Həmçinin universitetdəki Azerbaijani Student Associationun yaradıcısıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın