Menu
Geri İrəli

Azərbaycanda çobanlar qədim qəbirlər tapdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur

45560

Qubanın dəniz səviyyəsindən 2600 metr hündürlükdə yerləşən hündür dağ massivi ərazisindən qışlağa doğru gedən çobanlar qədim qutu qəbirlər aşkarlayıblar.

Bu qəbirlərin digər qədim qəbirlərdən fərqi ondadır ki, qəbirlərin baş daşı yoxdur.

Aşkar edilən qəbirlərin sayı 13-dür. Qəbirlərin yağan leysan yağışlar nəticəsində üzə cıxdığı deyilir.

Tapıntı ilə bağlı Azərbaycan Milli Elimlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspediyasının rəhbəri Qəhrəman Ağayev hesab edir ki, həmin qəbirlər çox maraqlıdır. Və bu qəbirlərə yerində baxıb araşdırma aparandan sonra tam-dəqiq söz demək mümkündur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın