Menu
Geri İrəli

Azərbaycanlı aktyor yaratdığı erməni obrazına görə mükafatlandırıldı

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 367 dəfə • Şərh yoxdur

17637

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Xəyal Salahov “Bakı Oskarı” Qısametrajlı Filmlər Festivalının qalibi olub.

Gün.Az xəbər verir ki, aktyor Qarabağ şəhidlərinin əziz xatirəsində həsr olunmuş “Məriz” qısametrajlı filmində canlandırdığı erməni roluna görə festivalın “Ən yaxşı aktyor” nominasiyası ilə mükafatlandırılıb.
Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.
Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, gələcəkdə özünü bu sahədə sınamaq istəyən, istedadlı olduğuna inanan gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaq və stimullaşdırmaqdan ibarətdir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın