Menu
Geri İrəli

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2014 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur
Share Button

cf650e9217c816e212e207d483c95869

Sankt-Peterburq şəhərinin iş adamları ölkəmizə səfər edəcəklər.

 

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, biznes forum oktyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

 

Forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

 

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur. Azərbaycanlı iş adamları və sahibkarlar biznes forumda iştirak etməyə dəvət edilir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın