Menu
Geri İrəli

“Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanasının uşaq şöbəsində “Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvan iştirak edib.
Tədbiri uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq Azərbaycan dilinin dərin tarixi köklərindən, xalqın həyatı ilə bağlı olan xüsusiyyətlərindən, müasir inkişafından, məna dolğunluğu və estetik gözəlliklərindən bəhs edib.
Balaca oxucular Rəsul Bəhmənli, İsmayıl Hüseynov, Zəhra Bəşirli, Ülkər Salayeva, Əli Hüseynov, Xoşqədəm Bağıyeva, Ləman Ramazanova, Zeynəb Hüseynəli, Gülşən Ağayeva , Cavidan Hüseynov və  Ramil Zeynalovun ifasında  vətənə, ana dilinə həsr olunmuş şeirlər valideynlər və  kitabxana işçiləri tərəfindən maraqla dinlənilib.
Sonda şair Sabir Sarvan çıxış edərək uşaqların bədii zövqünün formalaşmasında, mütaliə bacarığının artması və söz ehtiyatının yaranmasında belə tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirərək davamlı olmasını arzulayıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın