Menu
Geri İrəli

Bu gün Sumqayıtın Tarixi Muzeyində Novruz bayramı münasibətilə “Sazlı-sözlü novruzum” adlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2016 • Baxış sayı: 320 dəfə • Şərh yoxdur

804697_1580304458956034_1553770181_n

Bu gün Sumqayıtın Tarixi Muzeyində Novruz bayramı münasibətilə “Sazlı-sözlü novruzum” adlı tədbir keçirilib.

Tədbirdə Azərkimya İB-in Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, SDU-nun müəllim və tələbə heyəti, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Daha sonra Millət vəkili Muxtar Babayev çıxış edib.   “Novruz sülh, əminamanlıq, bahar təravətli, ruzi bərəkət dolu  bayramıdır” deyən millət vəkili qədim tarixi köklərə söykənən, milli mənəvi dəyərlərimizi özündə ehtiva edən belə bir bayramın məhz Sumqayıtın Tarixi Muzeyində təşkil olunmasını yüksək qiymətləndirib.

Digər çıxış edənlər, SDU-nun müəllim və tələbələri, Ə.Kərim adına “Poeziya” klubunun direktoru İbrahim İlyaslı Novruz bayramının tarixindən, o cümlədən bayramın atributu sayılan aşıq sənətinin inkişafı haqqında məruzə edib.

F.Əmirov adına Uşaq Musiqi Məktəbinin müəllimləri Qönçə Kərimovanın, Gülbəniz Əsədovanın, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Pöhrə” Uşaq Aşıqlar ansamblının yetirmələri—Mahmud Qazaxlının, Arif Qurbanovun, Əlövsət  İmranovun, Anar  Laçınlının,  Ceyhun Hüseynovun ifaları tədbirə xoş ovqat qatıb.

Qeyd edək ki, tədbirdə “Türbət” Mədəniyyət  Mərkəzinin  rəhbəri  Xatirə  Tapdıqovanın  əl  işlərindən  ibarət  sərgisi nümayiş olunub.   Sərgidə “Muğam”, “Aşıq”  sənəti  atributları, “Xalçaçılıq”, “Misgərlik”  sənəti  nümunələri, o cümlədən Azərbaycanın milli geyim nümunələri nümayiş olunub.

12476344_1580304612289352_1481178833_n 12516349_1580304032289410_1907831446_n 12721547_1580304095622737_665405588_n 12825403_1580303662289447_1198582938_n 12834740_1580304105622736_1244163010_n

 

Sumqayıt şəhər

Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın