Menu
Geri İrəli

“Deyirdi ki, sağalıb qonaqlıq verəcək…” – Habil Əliyevin xanımı+Fotolar

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

““Deyirdi ki, sağalıb qonaqlıq verəcək…” -  Habil Əliyevin xanımı+Fotolar

 

Hazırda xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir. “Qafqazinfo”nun əməkdaşlarının məlumatına görə, vida mərasimi saat 12-00-da başlayacaq. Artıq vida mərasimində iştirak üçün bir sıra sənətçilər Filarmoniyaya gəlib.

***

Müğənni Röya Ayxan xalq artisti Habil Əliyevin vida mərasiminə qatılıb. “Qafqazinfo”nun məlumatına görə, müğənni jurnalistlərə açıqlamasında mərhumun ölümündən kədərləndiyini bildirib:
“Mənim üçün çox çətindir. Böyük sənətkar itirdik, artıq onun kaman səsi, gözəl danışığı, məzəli zarafatları olmayacaq. Hər adama şərəfli ölüm nəsib olmur. Şərəflə yaşadı, şərəflə öldü, indi onun kimi insan olmaq çox çətindir. Lakin Habil bəy gözəl insan olmağı bacardı. Biz onun kimi ola bilmərik”.

***

Habil Əliyevin həyat yoldaşı Şərqiyyə xanım isə bildirib ki, onlar üçün çox çətindir:

“Allah Habil müəllimə rəhmət etsin. O, sənətini və sənət adamlarını çox istəyirdi. Deyirdi ki, mənimlə bu qədər çox maraqlandıqları üçün sağalandan sonra sənətçiləri və media nümayəndələrini toplayıb, onlara qonaqlıq verəcəm. Həyatdan ayrılmaq istəmirdi, nə edək ki, ömrü bura qədərdi. İşləri yarımçıq qaldı. Vəsiyyəti yox idi. Dedi xalqım, dövlətim mənim üçün hər şey edib. Bircə istəyirdi ki, sağlığında verilən qiymət, ölümündən sonra da verilsin. Biz istəməmişik, dövlətimiz sağ olsun ki, sənətkarı son mənzilə təmtəraqla yola salır”.

Könül

Fotolar: Nuran Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın