Menu
Geri İrəli

Elçin Hüseynbəylinin yeni romanı Sumqayıtda

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur
Share Button

1512025491_7Noyabrın 29-da Sumqayıt şəhəri Əli Kərim adına Poeziya Evində yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçirilib.

Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Əli Kərim adına Poeziya Evinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Poeziya Evinin direktoru şair İbrahim İlyaslı roman və onun müəllifi barədə ətraflı məlumat verib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Arif  Vəliyev bu cür tədbirlərin keçirilməsini Sumqayıtda ədəbiyyata və yazıçıya sayğının nümunəsi kimi dəyərləndirib.

Əməkdar müəllim və şairə Ofeliya Babayeva öz çıxışında qeyd edib ki, roman Qarabağ dərdimizi anlatdığına görə çox qiymətlidir və aparıcı xarici dillərə tərcümə edilməlidir.

Yazıçı-tərcüməçi Əyyub Qiyas, şair-publisist Əli Nəcəfxanlı da roman və onun müəllifi barədə öz mülahizələrini bildiriblər.

Sonda Elçin Hüseynbəyli oxucular üçün öz kitabını imzalayıb və onlarla xatirə şəkli çəkdirib.

Xatırladaq ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən “Yenə iki od arasında” kitabına ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın