Menu
Geri İrəli

Eldar Əzizov Anar Məmmədxanlının kitabının təqdimatında iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2015 • Baxış sayı: 554 dəfə • Şərh yoxdur

1429377066_1Aprelin 18-də Muğam Mərkəzində ictimai xadim, Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanlının kitablarının təqdimat mərasimi keçilib.

 ANN.Az xəbər verir ki, təqdimat mərasimində yazıçının ailə üzvləri ilə yanaşı sənət dostları – Murad Dadaşov, Bəhram Bağırzadə, Milli Məclisin deputatları Nizami Cəfərova, Səməd Seyidov, Elmira Axundova, ombudsman Elmira Süleymanova,  Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov tədbirə qatılanlar arasında olub.
A.Məmmədxamlı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunu olub. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubuna prezidentlik, “Bakılı oğlanlar” komandasına kapitanlıq edib.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.
2011-ci il aprelin 23-də vəfat edib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın