Menu
Geri İrəli

Ələsgər Məmmədoğlu vəfat etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2015 • Baxış sayı: 511 dəfə • Şərh yoxdur

1450723794Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib.

Aktyor bu gün axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib. Ə.Məmmədoğlunun ailəsindən APA-ya bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşəndən sonra təcili yardım gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ə.Məmmədoğlu 1946-cı il, fevralın 9-da Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib.

Ə.Məmmədoğlu bir çox teletamaşalarda – Şair (“Evləri köndələn yar”, Anar), Milis (“Yaşıl eynəkli adam”, V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi”, K.Haldoni), Dəmir-qaya “Topal Teymur”, H.Cavid), Narsatan (“Qatarda”, İ.Məlikzadə), Gümrah (“Alov”, M.Hüseyn) kimi obrazlar yaradıb.

“Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran-43″ (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın