Menu
Geri İrəli

Elşən Cəfərzadə yeni mahnısını təqdim edib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2015 • Baxış sayı: 646 dəfə • Şərh yoxdur

2015-02-20-13-07-25ksks
Müğənni Elşən Cəfərzadə yeni “Anla” adlanan mahnısını dinləyicilərə təqdim edib.

Mahnının hit olacağına əmin olan E. Cəfərzadə yeni işinin asan başa gəlmədiyini deyib: ” Mahnını bir dəfə aranjeman etdirdim, lakin bəyənmədim. Sonra bir çox maraqlı işləri ilə tanınan aranjemançı Elvin Musayevə həvalə etdim. Mahnıdakı musiqi əlatlərinin ifaçıları türkiyəli musiqiçilərdir. Həmin musiqiçilər Murat Boz, Gülşən kimi Türk ulduzları ilə çalışıb”.

“Anla”nın musiqisi bir çox sevilə mahnıların bəstəkarı Pərviz Mahmudov, sözləri Altay Yaşara məxsusdur. Kompozisiya bugündən radio dalğalarında səslənəcək: “Pərviz Xalq artisti Aygün Kazımova, Röya, Günay İbrahimli, Sevda Yəhyayeva kimi populyar müğənnilərlə işləyən bəstəkardır. “Anla” mənim onunla ikinci işbirliyimizdir. Bundan əvvəl Pərvizin bəstələdiyi “Sev demə” mahnısını ifa etmişəm. Mahnı qısa zamanda sevildi və indiyədək də radio dalğalarında ən çox istək alan mahnılardandır”. Mahnıya yaxın zamanlarda klip çəkiləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın