Menu
Geri İrəli

“Ətraf mühiti öyrənirəm” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükfatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2016 • Baxış sayı: 313 dəfə • Şərh yoxdur

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərində “Ətraf mühiti öyrənirəm” mövzusunda maarifləndirmə tədbirlərin təşkili” layihəsi çərçivəsində “Ətraf mühiti öyrənirəm” mövzusunda keçirilən rəsm müsabiqəsinin qaliblərinin rəsmlərinin  sərgisi və onların  mükafatlandırılması keçirilmişdir. Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümümtəhsil məktəblərinin aşağı sinif şagirdlərinin ətraf mühit və təbiət biliklərinin artırılmasına, gənc nəsildə ekoloji düşüncənin və ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin mühafizəsi üçün yüksək ekoloji mədəniyyətin öyrədilməsinə xidmət edən tədbirlərin təşkilidir.

10 iyun 2016-cı il Sumqayıt Rəsm Qalereyasında layihə çərçivəsində ilk fəaliyyət olaraq  Sumqayıt şəhərinin 25 orta ümumtəhsil məktəbində uşaqlarda ətraf mühit və canlı təbiət haqqında təfəkkürün və estetik zövqün formalaşmasına xidmət edən “Ətraf mühiti öyrənirəm”  mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqəyə məktəblilər 86 rəsm əsəri təqdim etmişdilər. Ilkin seçim edildikdən sonra münsiflər tərəfindən 23 rəsm secilmişdir. Onlardan 17 rəsm müəllifi fərqləndiyinə görə, III yerə 3 nəfər, II yerə 2 nəfər və I yerə 1 nəfər olmaqla qaliblər müəyyən edilmişdir. Qaliblərə hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir. Qaliblərə hədiyyələri “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri Sahib Fərzəliyev, Sumqayıt şəhərinin baş rəssamı, Rəssamlar İttifaqının üzvü Vaqif Nəzərli, Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri Hümbət Quliyev,  Sumqayıt Rəsm Qalereyasının direktoru, Rəssamlar İttifaqının üzvü Ellada Həsənova, Təhsil Şöbəsinin “Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin” direktoru Emilya Səfərəliyeva təqdim etdi.

Tədbir uşaqlarda ətraf mühit və təbiət haqqında biliklərinin və düşüncələrinin artırılmasında, uşaqlarda ətraf mühit və təbiət haqqında təffəkkürün və estetik zövqün formalaşmasında və təbiətə qayğı ruhunda tərbiyənin aşılanması baxımından çox əhəmiyyətli olmuşdur.

Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 41 layihə icra etmişdir.   

Vüqar Orucov, Layihə koordinatoru

13417502_1417070921652434_3306272375979257681_n 13432424_1417071141652412_2631283102311491982_n 13434817_1417070301652496_7869419864120913148_n 13445338_1417069534985906_2379435062681468841_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın