Menu
Geri İrəli

Ferhat Göçer Gəncədə konsert verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur

imgpreviewBu, müğənninin Gəncəyə ikinci səfəri olacaq.Yeni İl ərəfəsində ölkəmizə təşrif buyuran əcnəbi müğənnilərdən biri də Ferhat Göçer olacaq.Oxu.Az xəbər verir ki, konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə təşkil olunur. Konsertdə  Ferhat Göçerlə bərabər xalq artisti Aygün Kazımova da çıxış edəcək.Bu haqda müğənni, hətta sosial şəbəkədə video da paylaşıb:“Fanlarım, gəncəlilərim dekabrın 29-da, düz Yeni il ərəfəsində türk həmkarım Ferhat Göçerlə sizin qonağınızıq. Gəlin, qarşılayın”.Qeyd edək ki, konsert proqramı sabah, yəni dekabr ayının 29-u Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş tutacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın