Menu
Geri İrəli

Gənc Tamaşaçılar Teatrı Türkiyəyə yola düşür

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 2 May 2014 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur

загруженное

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrdan  verilən məlumata görə, kollektiv mayın 5-də yola düşəcək. Türkiyə, Rusiya Federasiyası, İran, Gürcüstan və dünyanın bir sıra ölkələrindən olan teatrların qatıldığı festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasını nümayiş etdirəcək.  Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan  (Anar Səfiyev) bəhs edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın