Menu
Geri İrəli

Gəncədə gənclərlə görüş

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur

110354 88887

Hər il olduğu kimi , bu il də Gəncədə 2 fevral – Gənclər Günü münasibəti ilə tədbir keçirilib. 

İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbir iştirakçıları tərəfindən Azərbaycanın Dövlət himni canlı ifa edilib. Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqil Azərbaycan gənclərini bayram münasibəti ilə təbrik edib, və onlara daha parlaq və uğurlu gələcək arzulayıb. İcra başçısı qeyd edib ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi hərtərəfli diqqət və qayğı, onlara verilən  geniş imkanlar gənclərin inkişafına , onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanmasına geniş şərait yaradıb. Gənclər cəmiyyətin aparıcı qüvvəsi olmaqla, dövlətçiliyimizin möhkəmləndirilməsində, Vətənimizin tərəqqisində , dünya miqyasında nüfuzunun artmasında çox böyük fəallıq  göstərirlər.

 

Sonda 2014-cü ilin yekunlarına əsasən idman, elm, mədəniyyət sahələrində, ictimai həyatda göstərdikləri fəallığa görə bir qrup gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr  təqdim olunub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın