Menu
Geri İrəli

Hərbi hissənin şəxsi heyəti Sumqayıt teatrın qonağı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2017 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

”N” saylı hərbi hissənin şəxsi heyəti Hüseyin Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsəri əsasında səhnələşdirilmiş tamaşaya baxıblar.

AZƏRTAC xəbər verir ki, teatrın direktoru İslam Həsənov hərbçiləri salamlayaraq, Azərbaycan Ordusunda xidmət edən insanlar qarşısında tamaşa göstərdikləri üçün qürur duyduğunu bildirib. O, aprel döyüşlərini xatırlayaraq, Milli Ordumuzun qazandığı qələbələrdən danışıb.

Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında teatrın, bu kimi tamaşaların əvəzsiz rol oynadığını söyləyib. Hərbi hissənin komandiri Azərbaycan Ordusunun qüdrətindən söhbət açıb, tamaşanın hərbçılərimizin motivasiya edilməsində önəmli rol oynadığını bildirib.

Hərbçilər Qarabağın harayını xalqımıza çatdıra bilən, mənəviyyatımızı zənginləşdirməklə yanaşı, tarixi yaddaşımızın oyanışına və möhkəmlənməsinə xidmət edən tamaşanı böyük maraqla izləyiblər. Tamaşada rol alan Nabil Xanlarov, Mətləb Səfərli, Kifayət Burziyeva, Vəfa Qurbanova, Dağlar Rüstəmov və digərlərinin ifası alqışlarla qarşılanıb.

14850523725385247808_1000x669 14850523725879856118_1000x669 14850523725957537873_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın