Menu
Geri İrəli

Heydər Əliyevlə bağlı film gəlininə əmanət- Türkiyə mediası

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2014 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur
Share Button

78776

Türkiyə mətbuatı Heydər Əliyevin həyatından bəhs edən film haqqında yazıb. 

“İnsanları xilas etməyə gedirəm” adlı filmdə Heydər Əliyevin obrazını Proxor Dubravin, həyat yoldaşı Zərifə Əliyevanı isə Elena Padova canlandıracaq. 

 

Azərbaycanda “İlin ən müvəffəqiyyətli və ən sevilən oyunçusu” mükafatına layiq görülən Saruhan Hünel də ölkənin siyasi tarixinin ən önəmli dövlət adamı Heydər Əliyevin həyatından bəhs edən filmin heyətinə daxil olub.

 

Xəbər verdiyimiz kimi, o, Əliyevin qayınatası Əziz Əliyevi canlandıracaq Hünel makyaj vasitəsilə yaşlandırılıb. Filmlə prezident İlham Əliyevin həyat yoldaşı, birinci xanım Mehriban Əliyevanın şəxsən maraqlandığı bildirilir. İl yarımdır  çəkilişləri davam edən ekran işini Hollivuddan gələn xüsusi bir qrup montaj edərək tamamlayacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın