Menu
Geri İrəli

Hüseyn Dəryanın cəsədinin ekspertizası ilə bağlı rəsmi açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2014 • Baxış sayı: 552 dəfə • Şərh yoxdur

47038

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən mərhum reper Hüseyn Dəryanın cəsədinin ekspertizadan keçirilməsi ilə bağlı açıqlama veriblər.

Birliyin baş direktoru Şakir Musayev ANS PRESS-ə açıqlamasında reperin ölüm səbəbləri ilə bağlı yayılan xəbərlərin hamısının şayiə olduğunu söyləyib. Onun sözlərinə görə, Hüseyn Dəryanın cəsədi ekspertizadan keçib: “Əgər onun meyidi meyidxanaya daxil olubsa, müayinə də olunub. Meyidin müayinəsi haqqında təlimat var.Ekspert rəy tərtib edəndə orada yazdığı hər bir cumləyə görə, yanlış və şişidilmiş cavab yazmamağa, təlimatdan kənara çıxmamağa görə və məsuliyyət daşıdığına görə qol çəkir. Onun ölüm səbəbləri yayan insanlar hadisənin şahididirlərmi? Dövlət tərəfindən bu işləri araşdıran insanlar var. Onların bu işdə nə maraqları var? Bu məsələni araşdıran dövlət qurumları və polis orqanları var. Meyit müayinəyə gəlib. Tam da müayinə olunub. Bir ay müddətində bütün suallar cavablandırılacaq”.

Qeyd edək ki, martın 15-dən 16-na gecən gecə məşhur reper Hüseyn Dərya idarə etdiyi “99 EK 575″ nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər xəstəxanasında dünyasını dəyişib. Onun ölümü ilə bağlı bir çox şayiələr yayılıb. Ölümündən sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın