Menu
Geri İrəli

II Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi Sumqayıtda keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb.
Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması Festivalın əsas məqsədləridir.
Festivalın növbəti seçim mərhələsi Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib. Tədbirdə Sumqayıt və Xaçmaz regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.

Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin Xalq Teatrı Sultan Məcid Qənizadənin “Dursunəli və Ballıbadı” (komediya), Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili komediya xalq teatrı “Bataqlıqda batan çiçək”, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin Xalq Teatrı Rəhman Əlizadənin “Diqqət başlayırıq” tamaşalarını nümayiş etdirdilər.

Çıxışlar tamaşaçılar və münsiflər heyəti tərəfindən rəğbətlə qarşılandı. Münsiflər heyətinin üzvləri olan tanınmış incəsənət xadimləri teatr kollektivlərinə öz peşəkar məsləhətlərini verməklə gələcəkdə tamaşaların daha peşəkar xarakter almasına köməklik göstərdilər.
Qeyd edirik ki, çıxış edən xalq teatrları Festivalın onların öz potensiallarını daha geniş auditoriya qarşısında nümayiş etdirmələri üçün imkan acıdığını bildirirək, xalq teatrlarına göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.

1495696284_11 1495696357_13

Facebook Şərhləndirmə:

Şərhinizi yazın