Menu
Geri İrəli

“İRƏLİ” yeni layihəyə start verdi – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

12167350_524598137694746_432533462_n

“İRƏLİ” İctimai Birliyi Azərbaycan prezidenti yanında Qeyri-hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurası ilə birliyin əsas prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan tərəfinin mövqeyinin möhkəmləndirilməsi üçün “Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” adlı layihəsinin icrasına start verib.

Layihə çərçivəsində keçirilən dəyirmi masada ictimai birliyin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, 10-dan çox ölkənin 20-yə yaxın KİV nümayəndələri, bloqqerlər və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri M. Seyidov qonaqları salamlayaraq, bu layihənin Dağlıq Qarabağ münaqişəsində baş verən reallıqları beynəlxalq aləmə çatdırmaq məqsədilə təşkil olunduğunu bildirib.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib, insanlarımız doğma yurdlarından didərgin düşüblər. Ermənistan Azərbaycana qarşı soyqırımı siyasəti həyata keçirib və Xocalıda azərbaycanlılara qarşı böyük faciə törədilib.

Daha sonra xarici jurnalistlər fikirlərini bildirərək, reallıqlarla tanış olmaq üçün layihənin önəmliliyini qeyd ediblər. Avropanın və Asiyanın bir çox ölkələrindən iştirak edən mətbuat nümayəndələri öncədən Dağlıq Qarabağ münaqişəsi haqqında olan araşdırmaları haqda danışıb, Azərbaycan rəsmilərinə suallarını ünvanlayıblar.

“İRƏLİ” yeni layihəyə start verdi -  Fotolar
“İRƏLİ” yeni layihəyə start verdi -  Fotolar
“İRƏLİ” yeni layihəyə start verdi -  Fotolar
“İRƏLİ” yeni layihəyə start verdi -  Fotolar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın