Menu
Geri İrəli

İspan aktrisa Mariya Valverde Bakının qonağıdır.

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 555 dəfə • Şərh yoxdur

802841 32787 329856 465704 570279 Goya Awards 2011 - Red Carpet

Bu haqda sosial şəbəkədə məlumat verən aktrisa şəhərimizdən foto paylaşıb və “İlk dərs salam”şərhini yazıb. Qeyd edək ki, aktrisa Qurban Səidin “Əli və Nino” əsəri əsasında ekranlaşdırılan eyniadlı filmdə Nina obrazını canlandıracaq.

 

***

 

Buri247.az-ın məlumatına görə, Britaniyanın “PeaPie Films” kino şirkəti Məmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” əsəri əsasında ekranlaşdırılan eyniadlı filmin hazırlıqlarına başlayıb.

 

Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, “Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

 

Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandıracaq.

 

“Səmadan 3 metr yüksəklikdə” filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanmış Valverdə artıq Bakıdadır. O, şəxsi Instagram hesabında Bakı hazırlıq prosesini əks etdirən fotoları paylaşıb.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın