Menu
Geri İrəli

Kimyaçılar Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi ilə görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranma günü münasibətilə “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi teatrın yaradıcı kollektivi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları səmimi salamlayan teatrın direktoru, Əməkdar Mədəniyyət İşçısı İslam Həsənov 1969-cu il martın 14-də gənclik şəhərində ilk dövlət dram teatrının yaranma tarixindən, gənc aktyorlardan ibarət yaradıcı truppanın qısa bir zamanda Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini səhnələşdirməsindən və ilk tamaşanın böyük uğurla keçməsindən söhbət açıb. O vaxtdan bu yana teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir əsərləri əsasında 200-dən artıq tamaşanın göstərildiyi barədə məlumat verib.

Qeyd olunub ki, ötən dövr ərzində teatrda xalqımız tərəfindən sevilən görkəmli rejissor və aktyorlar yetişib, onların böyük bir hissəsi fəxri adlara, orden və medallara layiq görülüb ki, bu da hər bir sumqayıtlıda haqlı olaraq böyük qürur, iftixar hissi doğurur.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli teatrın kollektivi ilə sıx əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Bildirib ki, bu teatr sumqayıtlıların, eləcə də kimyaçıların bədii zövqünün, teatr intellektinin, dünyaya və ictimai-siyasi hadisələrə baxışının formalaşmasında böyük rolu oynayır.

Görüşdə “Azərikimya” İstehsalat Birliyinin kollektivi adından teatrın yaradıcı kollektivinə hədiyyələr təqdim edilib.

148963079453139190_1000x669 14896307941038839261_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın