Menu
Geri İrəli

Leyla Əliyeva və Arzu Əliyeva təqdimatda iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 529 dəfə • Şərh yoxdur

50361

Dənizkənarı Milli Parkda “Məhəbbət ağacı” layihəsinin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq Təşkilatının təsisçisi, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.

“Məhəbbət ağacı” layihəsi IDEA, “YARAT” Müasir İncəsənət Məkanı və “Baku” jurnalının birgə layihəsidir.
Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov iştirakçıları salamlayıb və layihə haqqında məlumat verib.

Belə bir inanc var ki, üzərində sevgililərin adlarının baş hərfi yazılmış qıfılı körpünün sürahilərinə bağladıqda uğur gətirərək səadət vəd edir. Ənənəyə uyğun olaraq, dünyanın əksər ölkələrində gənclər park və bağlarda ağacların budaqlarına lent bağlayır, üzərində təsirli sözlər yazılmış suvenirlər asırlar.

Bakının Milli Parkındakı metal konstruksiyalı “Məhəbbət ağacı” onun budaqlarında öz duyğularının möhkəmliyinin sübutunu qoyub getmək istəyən sevən cütlüklərin və sevgililərin daha çox üz tutduqları məkanın – Dənizkənarı Bulvarın daimi bəzəyi olacaq.

Mərasimdə incəsənət ustaları konsert proqramı ilə çıxış edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın