Menu
Geri İrəli

Malena Mard: Parlament seçkiləri Azərbaycanın seçkiləridir

Müəllif: Sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 448 dəfə • Şərh yoxdur

11123“MSK burada əsas aktordur”.

Biz Avropa İttifaqı olaraq, Azərbaycanda və digər ölkələrdə seçki prosesinin daha yaxşı səviyyədə keçirilməsi üçün töhfəmizi vermək arzusundayıq.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycan Ofisinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ümumilikdə dünya üzrə seçkilərə çox böyük əhəmiyyət verir:

“Bugünkü təlimlər MSK ilə uzun müddət olan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həm ATƏT, həm Avropa Şurası tərəfindən namizədlərin qeydiyyata alınması ilə bağlı tövsiyələri nəzərdən keçiririk ki, bu sahədə inkişafı daha da gücləndirək.

Biz bugünkü təlimləri digər ölkələrdə də keçiririk. Bakıda keçirilən təlimlər silsilə olaraq, Azərbaycanın digər rayonlarında da keçiriləcək. Parlament seçkiləri Azərbaycanın seçkiləridir və MSK burada əsas aktordur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın