Menu
Geri İrəli

Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar günü qeyd edilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2016 • Baxış sayı: 506 dəfə • Şərh yoxdur

1457457788_yenisumqayit.az-01Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan qocaman mədəniyyət işçisi Felman lazımov xanımları təbrik edərək, xoş arzularını çatdırıb, işlərində uğurlar arzulayıb. Daha sonra 6 xanım mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə N.Nərimanov adına mədəniyyət mərkəzi tərəfindən fəxri fərmanla təltif olunub.Tədbir mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

Gənc müğənnilər Zaur Yusifli, Pənah Məmmədov, Ravin Əliyev, İlkin əlizadə, Leyla Məmmədova, Şəbnəm Faiq qızı və s. ifasında xalq və bəstəkar mahnları, İlham Həsənov və Gülbəniz Aslanovanın ifasında şeirlər, aşıq Elməddin Məmmədlinin ifasında “Ruhani” aşıq havası alqışlarla qarşılanıb. Eyni zamanda illüziyaçı Fərhad Dadaşovun bir-birindən maraqlı illüziya nömrələri, “Turan”, “Şahinlər” rəqs qruplarının, eyni zamanda, gənc rəqqasların ifasında çobanlar, fars və özbək rəqsləri tamaşaçılara xoş anlar yaşadıb.Qeyd edək ki, bütün uşaq incəsənət və musiqi məktəblərində də bayram konserti keçirilib. Şagird və müəllim kollektivinin ifasında mahnılar ifa olunub, şeirlər dinlənilib.

 

Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar günü qeyd edilib - FOTOLAR

Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar günü qeyd edilib - FOTOLAR

Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar günü qeyd edilib - FOTOLAR

Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar günü qeyd edilib - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın