Menu
Geri İrəli

Mehman Şükürov mədəniyyət müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2015 • Baxış sayı: 639 dəfə • Şərh yoxdur
Share Button

1448960080_12308289_1528535687466245_8851011360673653488_n-1

sumqayitxeber.com xəbər verir ki, bu gün Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsində rəis Mehman Şükürov şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Daha sonra, mədəniyyət evlərinin fəaliyyəti, keçirilən tədbirlərin qənaətbəxş olmadığını bildirən M.Şükürov bədii rəhbərlərin fəaliyyətindən narazılığını bildirdi və mədəniyyət evləri rəhbərlərinə bununla əlaqədar xüsusi tapşırıqlarını verdi.

M. Şükürov Corat qəsəbə mədəniyyət evinin direktoru Namiq Balami oğlu Balamiyevə işində dönüş yaratmaq şərtilə qısa vaxt verib.

Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Alik qızı Rəşidova və Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Alik qızı Həsənovaya əmək fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ciddi xəbərdarlıq edib.

Daha sonra, mədəniyyət evlərinin fəaliyyəti, keçirilən tədbirlərin qənaətbəxş olmadığını bildirən M.Şükürov bədii rəhbərlərin fəaliyyətindən narazılığını bildirdi və mədəniyyət evləri rəhbərlərinə bununla əlaqədar xüsusi tapşırıqlarını verdi.

Uşaq incəsənət və musiqi məktəblərində aşkarlanan nöqsanların artıq aradan qaldırıldığından razılıq edən idarə rəsi istənilən problemlərin həllində koməkliyini əsirgəməyəcəyini bildirdi.

 1448960097_12308235_1528535797466234_8544755566045018118_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın