Menu
Geri İrəli

Mehman Şükürov Sumqayıt rəssamlarını bir araya topladı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

ressamlarBu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt rəssamları ilə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürovun görüşü keçirildi.

Səmimi və mehribanlıq şəraitində keçən görüşdə Mehman Şükürov rəssamların problem və qayğıları ilə maraqlandı, arzu və təkliflərini dinlədi. O bildir ki, Sumqayıt rəssamları hər cür qayğı ilə təmin olunmalı, sərbəst şəkildə çalışmaları üçün hər cür imkan və şərait yaradılmalıdır. Və mən bu yöndə əlimdən gələn köməyi əsirgəməyəcəyəm.

Görüşdə iştirak edən rəssamlar: Vaqif Nəzirov, Nəsibə Şükürova, İntiqam Cəfərov, Namiq Cavad, Fazil Abasquluzadə, Emin Nəbiyev, rəssamların hazırkı durumu, qarşılaşdıqları çətinliklər haqqında Mehman Şükürova məlumat verərək  bildirdilər ki, rəssamların fəaliyyəti üçün şəhərdə geniş imkanlar yaradılmalı, yaradıcılıq emalatxanaları açılmalıdır.

Görüşdə söz alan rəssamlar əsərlərinin ölkə daxilində satışının təşkil olunmasında, xarici ölkələrə çıxarılmasında, təbliği və satışında çətinlik çəkdiklərini vurğulayaraq, şəhərin görkəmli yerlərindən birində rəsm əsərlərinin daimi satış sərgisinin təşkil olunmasını təklif etdilər. Sumqayıt Dövlət Rəsm Qalereyasının fəaliyyəti və rəssamlara verdiyi dəstəkdən razılıq edən rəssamlar Mehman Şükürovun bu sahəyə verəcəyi dəstəyə ümid etdiklərini bildirdilər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın