Menu
Geri İrəli

Mehriban Ələkbərzadəyə vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2017 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur
Share Button

mehriban12Teatrlarda növbəti kadr dəyişiklikləri həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Belə ki, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın