Menu
Geri İrəli

Mehriban Əliyeva muzeydə

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur

9678481539f38257e21f1402943525_6 1373769539f38258f5801402943525_9 2564669539f3825874261402943525_7 2953296539f38256f06a1402943525_4 3333176539f382566b4b1402943525_3 4862002539f38255e7681402943525_2 7882888539f382577a261402943525_5 8272897539f382550f0c1402943525_1

Mehriban Əliyeva muzeydə

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada “Kiklad” İncəsənət Muzeyi ilə tanış olub. 
Muzeydə Mehriban Əliyevanı Yunanıstanın Baş nazirinin xanımı Georgia Samaras müşayiət edib.

Azərbaycanın birinci xanımının diqqətinə çatdırılıb ki, Afinanın ən böyük muzeylərindən olan “Kiklad” 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılıb.

Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlamışlar. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşmışdır. İlk dəfə bu kolleksiya 1978-ci ildə Benaki muzeyində nümayiş olunmuş, 1979-1983-cü illərdə isə dünyanın ən iri muzey və qalereyalarında təqdim edilmişdir. Nikolas Qulandrisin vəfatından sonra onun həyat yoldaşı muzeyin yaradılması məqsədilə kolleksiyanı yunan dövlətinə təqdim etmişdir.

Muzeyin ekspozisiyası sonradan daha da genişlənmişdir. Muzeyin kolleksiyası üç əsas istiqamətə bölünür. Bunların birincisini bürünc dövrünün əvvəlini – eramızdan əvvəl 3200-2000-ci illəri əhatə edən Kiklad sivilizasiyasına aid olan eksponatlar təşkil edir. Daha bir istiqamət eramızdan əvvəl II minillikdən eramızın IV əsrinə gəlib çatan qədim yunan incəsənəti nümunələridir. Burada qədim Kiprin neolit dövründən xristian dövrünə qədərki eksponatları nümayiş olunur. Nəhayət, üçüncü istiqamət eramızdan əvvəl IV əsrdən eramızın VI əsrinə qədər olan dövrü əhatə edir. Bu, dünyada qədim Kipr eksponatlarının ən dolğun kolleksiyalarından biri sayılır.

Bildirildi ki, Kiklad İncəsənət Muzeyi Egey dənizi və qədim Kipr mədəniyyətinin tədqiqi və təbliği məqsədilə yaradılmışdır. Burada daimi olaraq seminarlar keçirilir. Muzey müxtəlif layihələrdə və tədqiqatlarda iştirak edir. Ümumilikdə muzeydə üç mindən çox müxtəlif eksponat təqdim olunur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Yunanıstan Baş nazirinin xanımı Georgia Samaras birgə nahar ediblər.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın