Menu
Geri İrəli

Mərhum sənətkarla vida mərasimi sona çatdı – FOTOLAR

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur
Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə olan vida mərasimi sona çatıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın direktoru, xalq artisti Səyavuş Kərimi, xalq artisti Şəfiqə Axundova, muğam ustadları Arif Babayev, Canəli Əkbərov və mərhumun nəvəsi çıxış ediblər. Natiqlər görkəmli sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun milli musiqimizdə yaratdığı irs və töhfələrdən danışıblar.
Daha sonra mərasim iştirakçıları xalq artisti, kaman ustası Habil Əliyevlə son mənzilə yola salmaq üçün vidalaşıb, ruhuna fatihə oxuyub, dualar səsləndiriblər.
Qeyd edək ki, mərhum sənətkar I Fəxri Xiyabanda dəfn olunacaq.
 img1894212





Facebook Şərhləndirmə:

Şərhinizi yazın