Menu
Geri İrəli

Milli Dram Teatrı yeni mövsümü yenə də “Qarabağnamə” əsəri ilə açacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2015 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur

14402825246112248262_1000x669

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü Xalq Yazıçısı, dramaturq İlyas Əfəndiyevin “Qarabağnamə” əsəri ilə açacaq.

Sumqayitxeber.com məlumat verir ki, teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Milli Dram Teatrı öz ənənəsinə sadiqdir. Belə ki, teatr hər il mövsümü bu tamaşa ilə açır. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Elxan Quliyev, Əjdər Həmidov, aktyorlar Əminə Babayeva, Rövşən Kərimduxt, Anar Heybətov və başqaları ifa edirlər.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan sadəlövh İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın