Menu
Geri İrəli

“Münaqişə tərəfi Azərbaycan: Həqiqətlər və Reallıq” adlı layihəsi – 2ci gün

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 428 dəfə • Şərh yoxdur
Share Button

e1

Ölkəmizdə səfərdə olan jurnalist nümayəndələr üçün bu gün səhər saatlarında Xarici İşlər Nazirliyində Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüş təyin olunub. Hikmət Hacıyev jurnalistlərlə Qarabağ mövzusunda ətraflı söhbət edib, bu mövzuda Azərbaycanın mövqeyi, problemin həlli yolları ətraflı şəkildə müzakirəyə çıxarılıb.

Proqrama uyğun olaraq jurnalistlər daha sonra şəhər gəzintisinə çıxıblar. Gəzinti zamanı “Qız Qalası” kimi Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsinə, “İçəri Şəhər” qədim qala divarlarına olan kiçik səyahətdən qonaqlarımız razı qalıb.

Növbəti səfər isə “Heydər Əliyev Mərkəzi”ndə baş tutub. Səfər zamanı jurnalistlərə binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Heydər Əliyev Mərkəzinin arxitektura incəliklərinin, dizaynının, xarici və daxili görünüşünün bir-birini tamamladığı, öz aurası ilə diqqət çəkdiyi qonaqlarımız tərəfindən qeyd olunub. Mərkəzdə təşkil olunan tədbirlər, sərgilər haqqında da qonaqlar məlumat əldə ediblər. Azərbaycanın mədəniyyəti, tarixi haqqında verilən məlumatlar tariximizin dəyərli olduğunu bir daha sübut edir.

e3 e2 e4 e5

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın