Menu
Geri İrəli

Nazirlik sumqayıtlı rejissorun yol pulunu ödəməkdən imtina etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 440 dəfə • Şərh yoxdur
almuradliİki gün bundan əvvəl Azərbaycanfilm istehsalı olan “Cavad xan” filmi Amerika Birləşmiş Ştatının Nyu-York şəhərinin Sultan Əyyub Mədəniyyət mərkəzində təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Nyu-York Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli, filmin quruluşçu rejissoru Rövşən Almuradlı, ssenari müəllifi Sabir Rüstəmxanlı və Mədəni İnkişaf Mərkəzi İB-nin rəhbəri Gəray Əlibəyov çıxış edib. Filimi böyük coşqu ilə qarşılanıb.
Filim orda coşqu ilə qarşılanan vaxt AzNews.az Nyu-Yorka gedən nümayəndə heyyətinin başına gələn maraqlı əhvalar barədə məlumat alıb. Məlum olub ki, Azərbaycan Nyu-York Assosasiyası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyə və səfirliyə filmin təqdimatı ilə bağlı müraciət məktubu ünvanlayıb. Həmin məktubda xahiş olunub ki, “Cavad xan” filminin ssenari müəllifi Sabir Rüstəmxanlının və quruluşçu rejissoru Rövşən Almuradlının təqdimatda iştirak etməsi üçün lazım maliyyə vəsaiti ayırsınlar. Amma Mədəniyyət və Turizm Nazirliyi filmin quruluşçu rejissoru Rövşən Almuradlının ezamiyyətinin yol pulunu ödəməkdən imtina edib. Niyə məhz Rövşən Almuradlıdan imtinanın səbəbləri isə hələlik bəlli deyil.
Mədəni İnkişaf Mərkəzi İB-nin rəhbəri Gəray Əlibəyov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, nazirliyin bu imtinasından sonra rejissor məcbur qalıb öz hesabına Amerikaya gedib: “Nazirliyin filmə münasibəti belə olub. Əlacsız qalan Rövşən Almuradı öz maliyyəsi hesabına getməyə məcbur olub. Bu film 20 Yanvar və Xocalı soyqırımı ərəfəsində, Sovet ordusunun və erməni qəsbkarlarının iç üzünü bir daha göstərmək məqsədi daşıyırdı. Rövşən bəy bu filmdə Ermənilərə, Ruslara qarşı vuruşur. Bu niyə kiminsə heysiyyatına toxunmalıdır? Əslində, bu Rövşən Almuradlıya deyil, filmə olan münasibət idi”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın