Menu
Geri İrəli

“Nizami Gəncəvi məktəblilərin gözü ilə”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

12204511_1040702569293928_1316683300_n

Pişəvari adına Humanitar fənlər gimnaziyasında “Nizami Gəncəvi məktəblilərin gözü ilə” adlı ədəbi-bədii kompazisiya keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdləri Nizaminin yaradıcılığı ilə yaxından tanış etmək, bu əsərlərin tərbiyəvi əhəmiyyətini aşılamaq olub. Tədbirin aparıcıları 10 “a” sinif şagirdləri Şəbnəm Gürşadlı və Fərid Qurbanov Nizami Gəncəvinin hər bir əsəri haqqında qısa məlumat verdikdən sonra şagirdlər tərəfindən səhnəciklər oynanılıb. “Kərpickəsən kişinin dastanı”, “Xosrov və Fərhadın deyişməsi”, “Leylinin ölüm səhnəsi”, “Xeyir və Şər” əsəri, “İsgəndər və Nüşabənin dialoqu” səhnələşdirilib.

Gimnaziyanın direktoru Xuraman Osmanlı tədbirin sonunda çıxış edərək şagirdlərə və tədbirin təşkilatçısı, gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat müəllimi Səbinə Rzayevaya təşəkkür edib. Şagirdlərin təşəkkürnamə ilə təltif olunacağını qeyd edib.

Gimnaziyanın bütün müəllim və şagird kolektivi tədbirin təşkilati işindən razı qaldıqlarını bildiriblər.

“Nizami Gəncəvi məktəblilərin gözü ilə”
“Nizami Gəncəvi məktəblilərin gözü ilə”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın