Menu
Geri İrəli

Nizami Kino Mərkəzində sosial aksiyalar davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur
Share Button

NIZAMI KINO

Noyabrın 7-də Nizami Kino Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Əlil və Qocalar Evinin sakinləri üçün dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin nümayişini keçirib.

İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.

Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüsseri Ülvi Qasımovdur.

Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

Filmdən sonra Əlil və Qocalar evinin direktoru Rəhnumə Cəfərova və təşkilatçı könüllülər Nigar Bayramlı və Nurcan Baxşiyeva qocalar evinin sakinləri və öz adlarından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirib və belə sosial aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.

Bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın