Menu
Geri İrəli

Putin Leyla Əliyevanı mükafatlandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 5,856 dəfə • Şərh yoxdur
Share Button

1404904616

Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mükafatlandırıb.

Putinin bu günlərdə “Xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsinə dair” imzaladığı sərəncamda Leyla Əliyevanın da adı çəkilir. O, “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin və mədəniyyətinin qorunması və təbliğatındakı töhfələrinə görə” Puşkin medalına layiq görülüb.

Qeyd edək ki, Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə, xüsusilə  Rusiyanın Həştərxan vilayətində böyük layihələr həyata keçirib. Orta məktəbin əsaslı təmiri, knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının istifadəyə verilməsi də bu yihələrin bir hissəsidir.

Putin Leyla Əliyevanı mükafatlandırdı
Putin Leyla Əliyevanı mükafatlandırdı

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın