Menu
Geri İrəli

“Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

1476899188_1476891413_b7822e03afab

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş “Qarabağ geyimləri” kitab-kataloqunun təqdimatı keçiriləcək.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.
Təqdimat 2016-cı il 21 oktyabr tarixində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin zalında saat 11:00-da keçiriləcək.
Ünvan: AZ-1008, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 9. Əlaqə: (012) 489 08 94, (012) 489-95-06

Facebook Şərhləndirmə:

Şərhinizi yazın