Menu
Geri İrəli

QAT-da sumqayıtlı yazıçı ilə görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2016 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur
İyunun 7-də Qarabağ Azadlıq Təşkilatının (QAT) baş ofisində təşkilat üzvləri, Azərbaycan diasporunun nümayəndələri ilə yazıçı Varisin görüşü keçirildi.
Görüşü açan QAT sədri Akif Nağı bildirdi ki, Varis bir çox mövzularda, o cümlədən Qarabağ müharibəsinə dair dəyərli əsərlərin müəllifidir, saxta erməni təbliğatının ifşasında fədakarlıqla salışır. Akif   Nağı qeyd etdi ki, Varisin roman, povest və hekayələri tək   Azərbaycanda deyil, dünyada maraqla qarşılanır, təsadüfi deyil ki, yazıçının xüsusən Rusiyada dərc olunan əsərləri dəfələrlə ermənilərin hücumuna məruz qalıb.
Sonra Varis görüş iştirakçılarına yaradıcılığı ilə bağlı ətraflı məlumat verdi, hazırkı həssas durumda böyük silah sayılan ədəbiyyatda Qarabağ mövzusunun necə böyük önəm daşımasına toxundu.
Görüşün sonunda yazıçı Qarabağ həqiqətlərinin təbliğinə görə QAT-ın diplomu ilə təltif olundu.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın