Menu
Geri İrəli

“Qatil”in təqdimatı oldu – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 868 dəfə • Şərh yoxdur
Share Button

IMG_6541

Nizami Kino Mərkəzində xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan rejissor Kamran Şahmərdanın “Qatil” bədii filminin təqdimatı olub.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə dövlət rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və sənət adamları iştirak edib.

Filmin rejissoru Kamran Şahmərdan bildirib ki, “Qatil” pyesi əsasında hazırlanan tamaşa Sankt-Peterburqda maraqla qarşılanıb və filmin də tamaşaçılar tərəfindən seviləcəyinə inanır.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar
“Qatil”in təqdimatı oldu -  Fotolar

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın