Menu
Geri İrəli

Rafiq Hüseynovun səhhəti pisləşib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

24594

“Müalicəm davam edir. Artıq iki gündü Türkiyədən kimyaterapiyadan dönmüşəm. Özümü yaxı hiss etmirəm”. Bunu APA TV-yə səhhəti ilə bağlı məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib.

Onun sözlərinə görə, səhhətində ümumi zəiflik var. Bu isə son müalicənin nəticəsidir. Xalq artisti bildirib ki, hələ müalicəsi gedir. İki gündür Bakıya qayıdıb. Səsi hələ düzəlməyib. Həkimlər bunun kimyaterapiyanın nəticəsi olduğunu deyirlər. Müalicəsi ağır keçir. Hələ ki, 1 dəfə kimyaterapiya qəbul edib, 3 kurs isə qalıb. Hər 21 gündən bir mütləq kimyaterapiyadan keçməlidir.

Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün təxminən 20 gündən sonra yenidən Türkiyəyə gedəcək.

Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın