Menu
Geri İrəli

Ramiz Əzizbəyli nevroloji şöbəyə köçürüldü – Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 668 dəfə • Şərh yoxdur

2d1c4b7d96a6b4bc82652be2c1c51ac8

Keçirdiyi avtomobil qəzasından sonra Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdirilən xalq artisti Ramiz Əzizbəylidən xəbər var. Xalq artistinin qızı Xədicə Lent.az-a bildirib ki, atasını Nevroloji şöbəyə köçürüblər:

 

 

 

“Xeyli müddətdir ki, atam xəstəxanaya yerləşdirilib, səhhəti normaldır. Müalicə kursunun ilkin prosesi geridə qalıb. Artıq Nevroloji şöbəyə yerləşdirilib. Bu mərhələdə həkimlər beynini müalicə edəcəklər, evə tezliklə buraxılmayacaq. Hələ bir müddət həkimlərin nəzarətində qalmalıdır. Maddi tərəfə gəldikdə isə bu günə qədər bütün xərcləri özümüz ödəmişik. Heç bir yardım və köməkdən söhbət belə gedə bilməz. Həkimlərin müalicəsindən də razıyıq. İnanırıq ki, yaxşı olacaq”.

 

 

 

 

 

 

 

Qeyd edək ki, R. Əzizbəyli fevralın 9-da Yasamalda öz məhəllələrində avtomobil qəzasına düşüb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın