Menu
Geri İrəli

Rusiyada Azərbaycan baleti

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

82761

“Təəssüf ki, bunu çox gec həyata keçirdik”.

Dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə rus artistləri tərəfindən Moskvada nümayiş olunub.

Moskva Dövlət Rus Baleti Teatrında səhnələşdirilən balet rus sənətsevərlərin böyük marağına səbəb olub.

Dahi bəsətəkar Qara Qaryevin “Yeddi gözəl” baleti tamaşa salonunu dolduran rus sənətsevərləri heyran etdi.

“Yeddi gözəl” baleti indiyədək dəfələrlə azərbaycanlı balet ustaları tərəfindən Rusiyadanümayiş etdirilsə də rus teatrları müstəqil olaraq bu əsəri öz repertuarlarına ilk dəfə idi daxil edirdilər.

Moskva Dövlət Rus Baleti Teatrında Qara Qarayevin ecazkar musiqisi kostyumların gözəlliyi və möhtəşəm oyunçuluq ifasıyla birləşərək hər kəsi öz sehrinə salmışıdı.

Moskva Dövlət Rus Baleti Teatrının direktoru Vyaçeslav Gordeyev bildirib ki, bu ideya onlarda çoxdan vardı: “Təəssüf ki, bunu çox gec həyata keçirdik. Çünki, belə bir əsər mütləq bizim teatrın repertuarında olmalıydı. Tamaşaçılarımız şərqlə bağlı mövzulara heyrandır. Biz bunu 10 il əvvəl repertuarımıza daxil etməliydik”.

“Bu gün mənim sadəcə bir hissim var. O da sevincdir. Bundan başqa bu tamaşada əməyi keçən hamıya təşəkkür etmək istəyirəm. Mən indiyədək “Yeddi gözəl” baletini çox yerdə izləmişəm. Amma bu tamaşanı daha çox bəyəndim və onun bu teatra gətirilmiş olması çox düzgün qərardır”, – deyə Qara Qarayevin oğlu, bəstəkar, Fərəc Qarayev qeyd edib.

Tamaşanın qurucusu və baletmeysteri son 10 ildən bəri Rus baleti teatrında çalışan Azərbaycanın əməkdar artisti Vitaliy Axundov Azərbaycan milli rəqs parçalarını klassik rəqslə birləşdirərək “Yeddi gözəl”lərin obrazında isə digər xalqların musiqi və rəqslərinə də ustaca yer vermişdi:

“Mən Bakı balet məktəbinin yetişdirməsi olduğum üçün burdakı tələbələrimə də orda öyrəndiklərimi aşılayıram. Məncə bu artistlərin də çox xoşuna gəlir. Bu gün də gördüyünüz kimi daha dəyişik hərəkətlər olsa da, onlar bunu çox ürəkdən və sevərək edirlər”.

Böyük Nizaminin sevgi, dostluq, hakimiyyət sevdası, xainlik, ədalət kimi mövzuları əhatə edən poeması əsasında hazırlanan tamaşada baş rolları Dmitriy Kotermin, Anna Şerbakova və Vladimir Mineev kimi Rus baletinin ulduzları ifa edirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın