Menu
Geri İrəli

Şahmar Qəribli – 65

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 287 dəfə • Şərh yoxdur

shahmarSumqayıt Dövlət Dram Teatrının kollektivi aktyor Şahmar Qəriblini 65yaşı  münasibətilə təbrik edir. 

Şahmar  Qəribli  1952-ci il fevral ayının 13-də   Kürdəmir  rayonunda  anadan  olub.

1971-76-cı  illərdə  o vaxtkı  M.A. Əliyev  adına   Azərbaycan  Dövlət   İncəsənət   İnstitutunun  dram   və  kino  aktyorluğu  fakultəsində   böyük  sənətkar   Ədil  İsgəndərovun  kursunda  təhsil  alıb.

Şahmar   Qəribli  yaradıcı  aktyordur.  O,  obraza  mexaniki   yanaşmır.   Canlandırdığı  rolun  tarixini, xarakterini,   ətrafdakılara   münasibətini  tam  öyrənir,  mükəmməl  mənimsəyir, dramaturqun  ideyasına,  rejissorun  traktovkasına  xələl  gətirmədən  əlavə  rənglər tapır.

Şahmar  Qəriblinin  səhnə  həyatı  verdiyi  obrazlar  koloritli,  bitkinliyi  və  konkret, yadda  qalan  çaları  ilə   diqqət  cəlb   edib,   yaddaşlara   həkk  olunub.

Şahmar  müəllim  geniş  amplualı  aktyordur.  O  dramatik  rolları  da, komik   səpgili  obrazları da  məharətlə   ifa  edir.  Amma  daha  çox   sarkastik   ovqatları   ustalıqla   çatdıra  bilir.  Şahmar  Qəribli  ayrı-ayrı   illərdə  Azərbaycan  Televiziyasının  “Səhər  görüşləri”,   “Yumor   axşamı”, “Hekayə    axşamı”  kimi proqramlarda  yadda qalan   obrazlar  yaradıb. 2001-2003-cü   illərdə   “Lider” televiziyasında   silsilə satirik  proqramların  quruluşçu  rejissoru   kimi   fəaliyyət   göstərib.

Şahmar müəllim  teatr   səhnələrində  verdiyi   quruluşlarla  və   maraqlı   hekayələri,  səhnəcikləri   ilə  istedadının   başqa  bir  səmtini   göstərib.

Şahmar   Qəribli  optimist   insandır.  Aktyor   taleyinin  çətinliklərini,  həyatın  sürprizlərini  də  yumorla,  təbəssümlə   qarşılayır.

Ən  ağır   problemi   olan  aktyor  Şahmar   müəllimin   həmsöhbəti  olsa,  ondan  iki lətifə   eşitsə, dərdi   yaddan  çıxar.

İstedadlı   şairimiz   Sabir   Sarvanın   aforizmi   əvəz  edən  bir   misrası  var:

Dərdi  ələ  salmasan,

Dərd   səni əldən   salar.

Bəzən   adama   elə  gəlir  ki,   Şahmar   Qəribli   Sabir   Sarvanın   bu  misrasının   canlı   nümunəsidir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın