Menu
Geri İrəli

“Şəhzadə Şəmsin sehirli fırçası” Sumqayıtda – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 551 dəfə • Şərh yoxdur
96452Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhzadə Şəmsin sehirli fırçası” adlı sərgi keçirilib.
Moderator.az xəbər verir ki, sərgi Bilik gűnűnə həsr olunub. Qalereyanın rəsm dərnəyinin űzvű olan azyaşlı rəssamın sərgisinin keçirilməsində məqsəd istedadlı körpə fidanlara dəstək olmaq və onların incəsənətə olan marağını daha da artırmaqdır. Sərgidə űmumilikdə 15 rəsm, 5 dekorativ tətbiqi sənət işi təqdim olunub. Tədbirdə kiçik rəssamın ailə űzvləri, dostları, Şəhər Mədəniyyət Evinin rəsm dərnəyinin űzvləri iştirak edərək ona dəstək olublar, xoş arzularını çatdırıb, uğurlar diləyiblər.
Tədbirin sonunda kiçik rəssam fəxri fərmanla təltif olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəliyyət kollektivinin űzvləri, gənc műğənnilər Zaur Yusifli, Kamil Ağazadənin öz mahnı sovqatları ilə kiçik rəssamı təbrik ediblər.
Tədbirdə Kamil Ağazadənin rəhbərliyi ilə rəqs qrupunun ifasında şərq ölkələri rəqsləri maraqla qarşılanıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın